Ermənistan və Azərbaycan artıq Vaşinqtondakı sənədi imzalamaqla sülh bağlayıblar.
"Unikal" xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.
“Baş verən – tarixi bir hadisədir. Mən artıq neçənci aydır deyirəm ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. Bu gün biz artıq deyə bilərik ki, sülh bərqərar olub və o bizim ölkələrin suverenlikləri və ərazi bütövlükləri çərçivəsində bərqərar olub”, - deyə o Paşinyan qeyd edib.