Nalçikdə kanat yolunun qırılması nəticəsində xəsarət alanlar var.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən RİA Novosti məlumat yayıb.
"Rusiya FHN-in axtarış-xilasetmə və yanğın-xilasetmə bölmələri tərəfindən 13 nəfər təxliyə edilib. Altı nəfər tibbi müayinədən keçmək üçün tibb müəssisələrinə aparılıb", – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bütün xilasetmə işləri başa çatdırılıb. Hadisə baş verən zaman kanat yolunda ümumilikdə 21 nəfər olub. İnsanların xilas edilməsinə 9 texnika ilə dəstəklənmiş 34 FHN əməkdaşı cəlb edilib.