AZ

"Rusiya hazırlayıcı" raketli "Burevestinin yeni sınaqlarına gedir" - "The Barents Observer"

"Uçan Çernobıl" yenidən səhnədə..."

Rusiya yaxın günlərdə Arktikadakı Novaya Zemlya arxipelaqında nüvə mühərrikli, uzaqmənzilli "Burevestnik" qanadlı raketini yenidən sınaqdan keçirə bilər.

Moderator.az xəbər verir ki, bu barədə "The Barents Observer" nəşri məlumat yayıb.

Bu ehtimalı həm peyk görüntüləri, həm də hava və dəniz hərəkətləri təsdiqləyir. NATO kod adı "Skyfall" olan bu silah Qərbdə "uçan Çernobıl" kimi tanınır, çünki həm nüvə başlığı, həm də uçuş zamanı işləyən nüvə reaktoru daşıyır.

Sınaqlara işarə edən əlamətlər

Son həftələr "Pankovo" poliqonunda fəallıq artıb. İyulun ortalarından bəri bir neçə gəmi bölgəyə "məxfi yüklər" çatdırıb, hazırda isə Barens dənizində müşahidə mövqelərindədir. Həmçinin, "Rosatom"a məxsus iki təyyarə Novaya Zemlyadakı "Roqaçovo" hərbi bazasına enib.

Rusiya aviasiya hakimiyyəti arxipelaqın qərb sahili boyunca 40 min kv.km-lik hava məkanını 7-12 avqust tarixləri arasında bağlayıb. Bu tədbir sınaqlar zamanı riskləri minimuma endirmək üçün görülüb. Eyni zamanda, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "WC-135R Constant Phoenix" radiasiya kəşfiyyat təyyarəsi bölgə üzərində uçuşlar edib - bu, adətən nüvə sınaqlarının izlənməsi üçün istifadə olunur.

"Burevestnik" haqqında

"Burevestnik" ilk dəfə 2017-ci ildən bəri Novaya Zemlyada sınaqdan keçirilir. Raket əvvəlcə buraxıcı mərhələdən havaya qalxır, sonra isə nüvə reaktoru işə düşərək ona nəzəri cəhətdən məhdudiyyətsiz uçuş məsafəsi verir. Amma ABŞ kəşfiyyatının məlumatına görə, indiyədək keçirilmiş 13 sınağın hamısı uğursuz olub. Raket heç vaxt 35 kilometrdən artıq məsafə qət etməyib, ən uzun uçuşu cəmi iki dəqiqəb davam edib

2019-cu il faciəsi

2019-cu ildə "Burevestnik" Barens dənizinə düşüb. Onu çıxarma əməliyyatı zamanı baş verən partlayış nəticəsində 7 nəfər, o cümlədən Sarov nüvə mərkəzinin alimləri həlak olub. Hadisə yerində radiasiya sızması qeydə alınıb, bu bulud Şimalodvinsk üzərindən keçərək Skandinaviya ölkələrinə qədər çatıb. Şimalodvinsk administrasiyası qısa müddətlik radiasiyanın normadan 20 dəfə artıq olduğunu elan etsə də, sonradan məlumat silinib.CNBC sonradan ABŞ kəşfiyyatına istinadən bildirib ki, partlayış raketin sınağı zamanı deyil, əvvəlki uğursuz sınaqda dənizə düşmüş raketi çıxarma cəhdi zamanı baş verib.

Beynəlxalq reaksiyalar və risklər

ABŞ-ın silah nəzarəti üzrə keçmiş xüsusi elçisi Marşall Billingsli 2020-ci ildə "Burevestnik"i "uçan Çernobıl" adlandıraraq bu sınaqların dayandırılmasını tələb edib. Ekspertlər xəbərdarlıq edir ki, raket uçuş zamanı radioaktiv iz buraxa, qəzaya uğradıqda isə genişmiqyaslı çirklənməyə səbəb ola bilər. Norveç kəşfiyyatı 2024-cü il hesabatında Rusiyanın bu tip sınaqları davam etdirəcəyini və bunun Arktikada ekoloji təhlükə yarada biləcəyini qeyd edib.

"Burevestnik" hələ də texniki baxımdan tam uğurlu silaha çevrilməyib, lakin Moskva bu layihəni strateji üstünlük kimi təqdim edir. Novaya Zemlyada artan hərbi fəallıq isə göstərir ki, Rusiya nüvə mühərrikli raket proqramından imtina etmək niyyətində deyil və qarşıdakı günlərdə dünya yenidən "uçan Çernobıl"ın sınağına şahid ola bilər.

Seçilən
58
50
moderator.az

10Mənbələr