"İmişli" heyətini gənc və istedadlı sol cinah müdafiəçisi ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi Tuncay Yusifli ilə 2 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı futbolçu önümüzdəki 2 mövsümdə komandanın uğurları üçün meydanda mübarizə aparacaq.
Futbolçu "İmişli"yə “Sabah”ın əvəzedici komandasından transfer olunub.
Rəşad Rafiqoğlu, Bizim.Media