AZ

UEFA reytinqi: Azərbaycan yerində qaldı

Avrokuboklarda həftənin oyunlarından sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

Msport.az xəbər verir ki, III təsnifat mərhələsinin ilk matçlarından sonra əmsalı 19,000 olan Azərbaycan 28-ci yerdə qərarlaşıb.

Ukrayna (19,600) 27-ci, Rusiya (18,299) 29-cu sıradadır.

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Şkendiya”nı (Şimali Makedoniya) məğlub edib – 1:0. “Sabah” Konfrans Liqasında Bolqarıstanın “Levski” klubuna 0:1, “Araz-Naxçıvan” isə Bakıda Kiprin “Omoniya” komandasına 0:4 hesabı ilə uduzub.

Qeyd edək ki, UEFA reytinqində lider İngiltərədir (94,839).

Seçilən
0
2
msport.az

10Mənbələr