AZ

BMT Putin-Tramp görüşünü alqışladı

BMT-nin baş katibi Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı gözlənilən görüşü alqışlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verirk ki, bu sözləri RİA Novosti-yə BMT baş katibinin sözçüsünün müavini Fərhan Haq deyib.

“Biz BMT Nizamnaməsinə, beynəlxalq hüquqa, Baş Assambleya və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ukraynada sülhə nail olmaq üçün bütün səyləri alqışlayırıq”, - deyə rəsmi bildirib.

Putin və Trampın yaxın günlərdə görüşü planlaşdırılır. Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib ki, görüşün yeri əvvəlcədən razılaşdırılıb və müəyyən edilib, lakin daha sonra açıqlanacaq.

Seçilən
63
49
operativmm.az

10Mənbələr