AZ

Canlı yayımda nazirin beyninə qan sızdı: Verilişdə təlaşlı anlar VİDEO

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Serbiyada ictimaiyyətin narahatlığına səbəb olan gözlənilməz hadisə baş verib.

Belə ki, ölkənin İctimai Yatırımlar naziri Darko Qlişiç iştirak etdiyi televiziya proqramında canlı yayım zamanı qəfildən özünü pis hiss edib və yerə yıxılıb.

"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, verilişin efirdə olduğu anlarda baş verən hadisə tamaşaçılar və proqram heyəti tərəfindən böyük təlaşla qarşılanıb. Dərhal studiyaya tibbi yardım çağırılıb. Nazir təcili şəkildə xəstəxanaya aparılıb.

Həkimlərin ilkin diaqnozuna görə, Darko Qlişiç beyin qanaması keçirib. Hazırda onun vəziyyəti həkimlərin nəzarəti altındadır, vəziyyətinin ağır olduğu bildirilir. Tibbi personal yaxın saatlarda onun səhhəti ilə bağlı əlavə məlumat verəcəyini açıqlayıb. 

Qeyd edək ki, Darko Qlişiç Serbiya hökumətində mühüm vəzifə daşıyan şəxslərdən biridir və ölkədə bir çox iri infrastruktur layihələrinin həyata keçirilməsində əsas fiqurlardan hesab olunur.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
3
cebheinfo.az

4Mənbələr