AZ

Polis oğurluq edən şəxsləri saxlayıb

Bakı, 7 avqust, AZƏRTAC

Paytaxt sakini olan bir nəfər Nəsimi rayonu ərazisində qol saatı, qızıl-zinət əşyası və pul kisəsinin oğurlanması barədə polisə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı Z.Məmmədov saxlanılıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsininin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə ayrı-ayrı vaxtlarda iki şəhər sakininin 970 manatını və 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü T. Cabbarov saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

 

 

Seçilən
11
26
azertag.az

10Mənbələr