AZ

Qaz olmayacaq

Bakıda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

 

Bildirilib ki, Yasamal rayonu, M.Seyidov küçəsində yeni çəkilmiş qaz kəmərinin şəbəkəyə qoşulması məqsədilə 07.08.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Yasamal rayonunun M.Seyidov, A.Abbasov, A.M.Şərifzadə və H.Zərdabi küçələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Tarix: 7 Avqust 2025, 00:23   
Seçilən
12
12
pravda.az

10Mənbələr