AZ

Boksçularımız təlim-məşq toplanışına başlayıb

Yeniyetmə oğlan və qız boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.

Apasport.az xəbər verir ki, hazırlıq Bakı Boks Mərkəzində keçirilir.

Toplanışa ölkənin ən güclüləri cəlb olunublar. Məşqlərdə əsas diqqət taktiki-texniki hazırlığa yönəlib.

Vaqif Kazımovun baş məşqçisi olduğu oğlanlardan ibarət millimiz paytaxtda avqustun 15-dək hazırlıq keçəcək. Komanda toplanışın növbəti mərhələsi üçün ölkə xaricinə yollanacaq. İlkin Ağayevin baş məşqçisi olduğu qızlardan ibarət yığmanın məşqləri isə Bakıda davam edəcək.

Qeyd edək ki, toplanış ölkəmizdə keçiriləcək III MDB Oyunlarına hazırlıq xarakteri daşıyır.

Azərbaycan Boks Federasiyasında görüş keçirilib

Boksçularımız “Brandenburq kuboku”nda mübarizə aparacaq

Avropa birinciliyində 22 medal qazanan yığmamız komanda hesabında ikinci olub, yeni rekordlar vurub

Avropa birinciliyi: 13 boksçumuz finalda - FOTO

Boksçularımız Avropa birinciliyində mübarizə aparacaqlar

Seçilən
32
8
apasport.az

10Mənbələr