AZ

Yeni oyunçu sifariş etdi - "Araz-Naxçıvan"la matçlar üçün

Konfrans Liqasının təsnifat mərhələsinin 3-cü turunda “Araz-Naxçıvan”la qarşılaşacaq “Omoniya” yeni transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Nikosiya təmsilçisi yarımmüdafiəçi Karel Eytinqin alınması ilə bağlı Niderlandın “Tvente” klubu ilə anlaşıb.

27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

27 yaşlı futbolçu "Ayaks", "Haddersfild", "Genk", "Volendam", "Tvente", "Sparta"(Rotterdam) klublarında oynayıb.

“Omoniya” Eytinqini “Araz-Naxçıvan”la avqustun 7-I və 14-də keçiriləcək matçlar üçün sifariş edib.

Seçilən
44
49
sportinfo.az

10Mənbələr