AZ

Trampdan Putinə ultimatum: Cümə gününə qədər atəşkəslə razılaşın, yoxsa...

BAKI, 5 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın administrasiyası qərbin sanklsiyalarından yan keçmiş Rusiya tankerlərinə qarşı məhdudiyyətlər planı hazırlayır.

Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

Nəşr qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə ultimatum verib: "Cümə gününə qədər atəşkəslə razılaşın, yoxsa daha sərt tədbirlərlə üzləşəcəksiniz".

Məqalədə deyilir ki, ultimatum nəticəsiz qalarsa, bu, Trampın Ağ Evə qayıtmasından sonra Rusiyaya qarşı ilk yeni sanksiyalar olacaq.

Seçilən
6
10
teleqraf.com

10Mənbələr