AZ

"Qarabağ"ın üç futbolçusuyla bağlı son dəqiqə xəbəri - "Şkendiya"yla oyundan əvvəl nə baş verib?

"Qarabağ" bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Şkendiya"nın qonağı olacaq. Oyun Skopyedə, 26 yaşında avtomobil qəzasında dünyasını dəyişən müğənni Toşe Proeskinin adını daşıyan stadionda keçiriləcək.

"Football-plus.az" "köhlən atlar"ın heyətinin oyunöncəsi durumuyla bağlı ən son məlumatı əldə edib.

Belə ki, Ağdam təmsilçisinin heyətində itki yoxdu. Dəqiq desək, zədəlilər siyahısında yalnız bir neçə həftə əvvəl əməliyyat olunduğundan adı iştirak ərizəsinə salınmayan Aleksey İsayev var. Son günlərdə zədələnən Marko Yankoviç və Dani Bolt isə səhhətinə qovuşub və komandayla birgə oyunöncəsi məşqlərdə iştirak edib. Onların "Şkendiya"ya qarşı tər töküb-tökməyəcəyinə baş məşqçi Qurban Qurbanov qərar verəcək.

Xatırladaq ki, görüş Bakı vaxtı ilə saat 22.00-da start götürəcək.

KƏNAN BAHADIR

Seçilən
16
football-plus.az

1Mənbələr