AZ

Nazir efirdə insult keçirdi

Serbiyanın hakim "Serbiya Tərəqqi Partiyası"nın İcra Şurasının sədri Darko Qlişiç televiziyada efir zamanı insult keçirib.

Moderator.az bu barədə Gazeta.ru-ya istinadla xəbər verir.

Bildirilir ki, onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

"Qlişiç "Pink TV" telekanalının səhər efirində insult keçirib. O, Prezident Aleksandar Vuçiçin ən sadiq və yaxın adamıdır", - deyə məlumatda qeyd olunur.

Bildirilir ki, dövlət başçısı artıq təcili olaraq dövlət investisiyaları nazirinin müalicə aldığı xəstəxanaya yollanıb.

Serbiyanın səhiyyə naziri Zlatibor Lonçarın jurnalistlərə bildirdiyinə görə, hazırda Qlişiç huşsuz vəziyyətdədir.

Seçilən
87
moderator.az

1Mənbələr