AZ

Neft ucuzlaşmaqda davam edir

Banco.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

"OPEC+" ölkələrinin tələbin zəifləməsi əlamətləri fonunda hasilatı artırdıqları üçün neft qiymətləri azalmağa dava edir. 

Banco.az xəbər verir ki, Brent markalı neftin 1 bareli 0,11 dollar və ya 0,17% faiz azalaraq 68,73 dollara enib.

WTI markalı neftin sentyabr fyuçersləri isə Nyu-Yorkun NYMEX əmtəə birjasında 0,13 dollar və ya 0,20% azalaraq bir barelə görə 66,28 dollar təşkil edib.

Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun müttəfiqlərindən ibarət "OPEC+" qrupu bazar günü sentyabrda gündəlik hasilatı 547 min barel artırmağa qərar verib. Aprel ayından etibarən ölkələr 2024-cü ilin dekabrında təsdiq edilmiş planla müqayisədə hasilatı sürətlə artırırlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
banco.az

2Mənbələr