AZ

Xankəndi, Xocalı və Ağdərəyə 56 milyon manatdan çox investisiya qoyulub

İşğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın bərpası, iqtisadi fəaliyyət və məşğulluğun təmin edilməsi istiqamətində mühüm nəticələr əldə edilib. Ərazi üzrə ümumilikdə 506 obyektin icarəyə verilməsi təmin olunub. Xankəndi şəhərində 374, Ağdərə rayonunda 35, Xocalı rayonunda 97 obyekt sahibkarın istifadəsinə verilib. Obyektlərin əksəriyyəti fəaliyyətə başlayıb. Hazırkı dövrədək ərazidə investorlar tərəfindən 56 milyon manatdan çox investisiyanın reallaşması baş tutub. Fəaliyyətə başlamış obyektlər üzrə 2 mindən çox şəxs işlə təmin edilib. Mövcud müqavilələr üzrə digər obyektlər də fəaliyyətə başladığı zaman iş yerlərinin sayı 5 mindən yuxarı olacaq.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu fikirləri Xankəndi şəhərində keçirilən Diaspor Gənclərinin 6-cı Yay düşərgəsində çıxış edən, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarındaf Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.

Onun sözlərinə görə, qeyd olunan iqtisadi uğurların əldə edilməsində dövlətimizin işğaldan azad olunmuş ərazilərdə tətbiq etdiyi güzəşt mexanizmləri də əhəmiyyətli rol oynayıb.

Qeyd edək ki, Vergi məcəlləsinə əsasən işğaldan azad olunmuş ərazinin rezidentləri 2023- cü ilin yanvarın 1-dən etibarən 10 il müddətinə gəlir, əmlak və torpaq sadələşdirilmiş vergidən azad ediliblər. Fərdi sahibkarlar, ailə kəndli təsərrüfatları, torpaq və pay mülkiyyətçiləri tərəfindən ödənilən sosial sığorta haqlarının 2023- cü ilin yanvarın 1-dən 10 il müddətində 100 faiz həcmində dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması nəzərdə tutulur. Həmin tarixdən işğaldan azad olunmuş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak olunan komunal xidmətlərin tariflərinı uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı göstərilir.

Seçilən
8
16
day.az

10Mənbələr