Bu gün Qax rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Publika.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Qax Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq Şıxlar yarımstansiyasında avqustun 4-də 10 kV-luq "Qorağan" hava xəttinin açarı yenisi ilə əvəz olunacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək rayonun Almalı, Cəlayir, Dəymədağlı, Əlibəyli, Qarabaldır, Qaradolaq, Qındırğa, Qorağan, Lələli, Lələpaşa, Şıxlar, Şotavar, Tasmalı, Üzümlü, Zəyəm kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.