Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Publika.az xəbər verir ki, saat 14:00-də başlayacaq və İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirdə “Qarabağ”ın da potensial rəqibi bəlli olacaq.
Qurban Qurbanovun komandası 3-cü təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubunu keçərsə, səpələnməmişlər səbətində yer alacaq.
Bu cütün qalibi pley-offda səpələnmişlər səbətində yer alacaq aşağıda adları qeyd edilən komandalardan biri ilə üz-üzə gələcək:
“Bude/Qlimt” (Norveç)
“Seltik” (Şotlandiya)
“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka) cütünün qalibi