"Fənərbağça"nın yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi ulduz futbolçu Marko Asensio ilə danışıqlar nəticəsiz başa çatıb.
Fanat.Az xəbər verir ki, transferin alınmamasına əsas səbəb futbolçunun maaşında endirimə getməkdən imtina etməsi olub.
Bu barədə məlumatı Fransanın nüfuzlu idman nəşri "L’Équipe" yayıb.
Mənbənin məlumatına görə, Fənərbağça rəhbərliyi futbolçuya illik 5 milyon avro maaş təklif etsə də, Asensio PSJ-də aldığı 7.5 milyon avro maaşdan imtina etməyə razı olmayıb. Bu fərq danışıqların dayanmasına səbəb olub.
Klub rəhbərliyi artıq Asensio transferindən tamamilə imtina edib və alternativ oyunçular üzərində fokuslanıb. İspan futbolçunun isə PSJ-də qalmaq və yeni baş məşqçinin planlarında yer almaq istədiyi bildirilir.
Kamil Xudiyev