AZ

Sabah Bakıda 40, rayonlarda 41 dərəcə isti olacaq

Avqustun 4-də gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bakıda günəşli hava gözlənilir

Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Paytaxtda temperatur 40 dərəcəyə çata bilər

Havanın temperaturu gecə 23-28, gündüz 35-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək.

Seçilən
19
28
aznews.az

10Mənbələr