Bakı. Trend:
Avqustun 4-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda vəAbşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-28, gündüz 35-40 dərəcə isti olacaq.Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubətgecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 24-28, gündüz 35-40, bəzi yerlərdə 41dərəcəyədək isti, dağlarda gecə 21-26, gündüz 29-34 dərəcə istiolacaq.