ain.az, Gununsesi saytına istinadən bildirir.
Biləsüvar sakini Bakıda işlədiyi çoxmərtəbəli binadan yıxılaraq ölüb
Gununsesi.info xəbər verir ki, rayonun Aşağı Cürəli kənd sakini, 1978-ci il təvəllüdlü Cəfərov Vüqar Əligüşad oğlu Abşeron rayonunun Xırdalan şəhərində çalışdığı çoxmərtəbəli binada işləyərkən yıxılıb.
Ağır xəsarətlər alan V.Cəfərov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Vüqar Cəfərov tikinti sahəsində fəhləliklə məşğul olurmuş. O, 5 uşaq atası idi.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.