Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, avqustun 3-də şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) +28 dərəcədən +29 dərəcəyədək, Cənub çimərliklərində(Türkan, Hövsan, Sahil, Şıx) isə +29 dərəcədən +30 dərəcəyədək olacaq.