Azərbaycan qazının Türkiyə ərazisindən keçərək Suriyaya nəqli qardaş ölkə ilə əlaqələrimizi daha da gücləndirəcək.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimində qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Elbəyli rayonu üzrə təşkilatının sədri Nəcməddin Dönməz deyib.
Onun sözlərinə görə, bu, tarixi hadisədir: “Belə hadisənin iştirakçısı olmaqdan, belə bir mühüm tədbirdə iştirak etməkdə qürur duyuram. Ümid edirəm ki, Suriyanın bərpasında, enerji təhlükəsizliyinin artırılmasında Azərbaycan bundan sonra da öz təşəbbüslərini davam etdirəcək".