AZ

Natiq Cəfərli: Azərbaycanın Suriyaya qaz ixracı böyük simvolik əhəmiyyət daşıyır

Avqustun 2-də Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçərə Suriyaya ixracına başlanılacaq.
Bu münasibətilə Türkiyənin Kilis şəhərində rəsmi tədbir keçiriləcək.
Yeni ixrac marşrutu Azərbaycan ilə Suriya arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın Yaxın Şərq regionundakı fəaliyyətinin intensivləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Layihə həmçinin Azərbaycanın enerji ixracı üzrə coğrafi şaxələndirmə siyasətinin növbəti uğurlu nəticəsi kimi qiymətləndirilir.
Xatırladaq ki, bu ilin iyul ayında Suriya Prezidenti Əhməd Əl Şaraa Azərbaycana rəsmi səfər edib. Bundan əvvəl isə Antalya Diplomatiya Forumu çərçivəsində Prezident İlham Əliyevlə görüş keçirilib. Görüşlər zamanı Azərbaycan tərəfi Suriyanın münaqişədən sonrakı dövrdə inkişafına və bərpa-quruculuq proseslərinə töhfə verməyə hazır olduğunu bəyan edib.
Prezident İlham Əliyevin tapşırığına əsasən Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Xarici İşlər Nazirliyinin nümayəndələri Suriyada səfərdə olub, ölkənin iqtisadi dirçəlişinə Azərbaycanın göstərə biləcəyi dəstək imkanları müzakirə edilib.
Azərbaycan qazının Suriya bazarına çıxarılması yeni əməkdaşlıq istiqaməti kimi qiymətləndirilir. Hazırda Azərbaycan 12 ölkəyə, əsasən də Avropa dövlətlərinə qaz ixrac edir. Yaxın Şərqə yönəlmiş ixrac xətti isə ölkənin enerji strategiyasında yeni bir mərhələdir. Eyni zamanda, Suriya gələcəkdə yalnız idxalçı deyil, həm də tranzit ölkə qismində çıxış edə bilər.

ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli “Sherg.az”a söyləyib ki,  Azərbaycan Suriyaya böyük həcmdə qaz verməsi mümkün deyil:

“Lakin bu anlaşma böyük simvolik əhəmiyyətə malikdir. Azərbaycan Türkiyə ilə birlikdə Suriyadakı indiki hakimiyyəti dəstəkləyir. Çünki bundan öncəki Əsəd rejimi həm Türkiyəyə, həm Azərbaycana qarşı münasibətdə kifayət qədər kəskin mövqe tuturdu. Lakin indi vəziyyət dəyişib. Digər tərəfdən Suriyaya qaz nəql edəcək boru xətlərinin gələcəkdə uzadılaraq, İsrailə qədər çatması ehtimalları dəyərləndirilir. Həmçinin SOCAR-ın İsraildəki neft yataqlarından pay alıb çıxan qazın bir hissəsini də reves üsulu ilə Türkiyəyə ordan isə Avropaya çatdırılması mümkündür. Yəni bu prespektivli anlaşmadır. Azərbaycan qazı Suriyanın Şimal hissəsində elektrik enerjisinin alınması üçün elektrik stansiyalarında istifadə olunacaq”. 

Kəmalə Vəliyeva
Seçilən
34
50
sherg.az

10Mənbələr