AZ

Sabah 41 dərəcə isti olacaq

Azərbaycanda avqustun 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 23-27, gündüz 35-39, bəzi yerlərdə 40 dərəcəyə yaxın isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27, gündüz 36-39, bəzi yerlərdə 41 dərəcəyədək, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə isti olacaq.

Seçilən
75
49
xezerxeber.az

10Mənbələr