AZ

Azərbaycan sərhədini pozmaq istəyən Əfqanıstan vətəndaşları saxlanılıb

İyul ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 (iki) nəfər Əfqanıstan İslam Respublikası vətəndaşı – 1999-cu il təvəllüdlü Qasimi Reza Həbibulla və 2002-ci il təvəllüdlü Həsəni Məhəmmədrza Məhəmmədnaim dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən  Xezerxeber.az-a verilən məlumata görə, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Seçilən
50
17
xezerxeber.az

10Mənbələr