AZ

Azərbaycanın İranla sərhədini pozmaq istəyən 2 Əfqanıstan vətəndaşı saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıblar.

Bu barədə Day.Az Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Belə ki, iyulun 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində 2 nəfər Əfqanıstan vətəndaşı - 1999-cu il təvəllüdlü Qasimi Reza Həbibulla və 2002-ci il təvəllüdlü Həsəni Məhəmmədrza Məhəmmədnaim dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Seçilən
23
17
day.az

10Mənbələr