AZ

Dövlət sərhədini pozmaq istəyənlər saxlanıldı

İyul ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 (iki) nəfər Əfqanıstan İslam Respublikası vətəndaşı – 1999-cu il təvəllüdlü Qasimi Reza Həbibulla və 2002-ci il təvəllüdlü Həsəni Məhəmmədrza Məhəmmədnaim dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılmışdır.

"Unikal" xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Seçilən
5
25
unikal.az

10Mənbələr