Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb.
Bu barədə Operativ Media-ya Təhsilin İnformasiyalaşdırılması İdarəsindən məlumat verilib.
Bildirilib ki, ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesi 4 avqust tarixinə kimi uzadılıb.
Müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.