Dünya bazarlarında Azərbaycan neftinin qiyməti bahalaşıb.
Operativ Media birjalara istinadən xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti bahalaşaraq 72.70 ABŞ dollar təşkil edib.
Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.