AZ

Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalıneftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə0,94 ABŞ dolları və ya 1,28% azalaraq 72,70 dollar/barel təşkiledib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,02 dollar və ya 1,41%ucuzlaşaraq 71,30 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 0,94 dollar və ya 1,52% azalaraq, 60,85 dollar/bareləbərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftinqiyməti əvvəlki göstərici ilə müqayisədə 0,86 dollar və ya 1,17%azalaraq 72,70 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
42
47
az.trend.az

10Mənbələr