Rusiya işğalçılarının gecə Kiyevə endirdiyi zərbə nəticəsində 16 nəfər həlak olub. Onların arasında iki uşaq da olub.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Telegram-da Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenkoya istinadən məlumat yayıb.
"15 ölü haqqında məlumat daxil olub. Təəssüf ki, dağıntılar altında ola biləcək insanların sayı ilə bağlı ən pis proqnozlar təsdiqlənib", - Tkaçenko qeyd edib.
O əlavə edib ki, hazırkı məlumata görə, hücum nəticəsində iki uşaq həlak olub.
"Bu gün ruslar öz qara statistikalarına uşaq qətllərini bir daha əlavə etdilər. Dünyanın birinci uşaq öldürən ordusu", - rəsmi qeyd edib.
Faciənin baş verdiyi yerdə xilasetmə əməliyyatı davam edir.
Yerli vaxtla saat 21.59-da xəbər yenilənib və Tkaçenko aydınlaşdırıb ki, artıq 16 nəfərin öldüyü barədə məlumat var. Eyni zamanda 159 nəfər yaralanıb.
QAZİLER.AZ