AZ

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artdı, ikisi uşaqdır

Rusiya işğalçılarının gecə Kiyevə endirdiyi zərbə nəticəsində 16 nəfər həlak olub. Onların arasında iki uşaq da olub.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Telegram-da Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenkoya istinadən məlumat yayıb.

"15 ölü haqqında məlumat daxil olub. Təəssüf ki, dağıntılar altında ola biləcək insanların sayı ilə bağlı ən pis proqnozlar təsdiqlənib", - Tkaçenko qeyd edib.

O əlavə edib ki, hazırkı məlumata görə, hücum nəticəsində iki uşaq həlak olub.

"Bu gün ruslar öz qara statistikalarına uşaq qətllərini bir daha əlavə etdilər. Dünyanın birinci uşaq öldürən ordusu", - rəsmi qeyd edib.

Faciənin baş verdiyi yerdə xilasetmə əməliyyatı davam edir.

Yerli vaxtla saat 21.59-da xəbər yenilənib və Tkaçenko aydınlaşdırıb ki, artıq 16 nəfərin öldüyü barədə məlumat var. Eyni zamanda 159 nəfər yaralanıb.

QAZİLER.AZ

Seçilən
56
17
qaziler.az

10Mənbələr