UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda “Sabah”la Moldovanın “Petrokub” komandası arasında keçirilən cavab oyunu başa çatıb.
Viral.az xəbər verir ki, “Bank Respublika Arena”da təşkil edilən görüş təmsilçimizin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Sabah”ın heyətində qolları Coy Lens Mikels (3 qol) və Pavol Şafranko vurublar.
Son Yazılar:
- “Sabah” III təsnifat mərhələsinə yüksəldi
- Ərdoğan Fransa və Britaniyanı ALQIŞLADI
- Kiyevdə matəm elan olundu
İlk oyunda da “Petrokub”u 2:0 hesabı ilə üstələyən Azərbaycan Kubokunun son qalibi adını III təsnifat mərhələsinə yazdırıb.
Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edib.
Qeyd edək ki, “Sabah” növbəti raundda “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) cütünün məğlubu ilə qarşılaşacaq.