Bakı. Trend:
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülhvə insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları ArayikHarutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, DavidBabayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayətişləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 31-də davametdirilib.
Trend xəbər verirki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə,Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakimGünel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilənşəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələriüçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri vənümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlariştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmişşəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edənprokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onlarınqanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izahedib.
Zərərçəkmiş şəxs Emin Məmmədov ifadəsində AzTV-nin əməkdaşıqismində çəkilişlər üçün Kəlbəcərə ezam olunduğunu, 2021-ci iliyunun 4-də nəqliyyat vasitəsilə hərəkət edərkən rayonun Susuzluqkəndində Ermənistan silahlı qüvvələrinin basdırdığı tankəleyhinəminanın partladığını bildirib. O, hadisə nəticəsində AzTV-ninoperatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiyaAgentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun vəSusuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini ArifƏliyevin şəhid olduğunu, özü də daxil olmaqla dörd nəfərin bədənxəsarətləri aldığını söyləyib.
E.Məmmədov dövlət ittihamçısı Vüsal Abdullayevin suallarınacavabında hadisə baş verən yolun əvvəllər istifadə edilmiş yololduğunu bildirib. “Fikrimcə, mina diversiya nəticəsində sonradanyerləşdirilib”, - deyə o əlavə edib.
Onunla eyni avtomobildə olmuş, hadisə nəticəsində yaralanmışzərərçəkmiş şəxs Şöhrət Cəfərov E.Məmmədovun söylədiklərinitəsdiqləyib və deyib: “Biz dörd nəfər “KamAZ” markalı avtomobilinsərnişin bölməsində idik. Digər üç nəfər həlak oldu, mən isətəsadüf nəticəsində, bir möcüzə sayəsində sağ qaldım”.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarınıcavablandıran Ağarza Əmirov 2012-ci ildə Tərtər rayonunun Çaylıkəndində hərbi xidmətdə olarkən Ermənistan silahlı qüvvələrininaçdığı atəş nəticəsində güllə yarası aldığını bildirib.
Kamran Namazov ifadəsində deyib ki, 2021-ci il mayın 11-dəGədəbəydə kənd təsərrüfatı işləri ilə məşğul olarkən minaya düşüb,ayağı amputasiya edilib. O, Baş Prokurorluğun Dövlət ittihamınınmüdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarınacavabında hadisə zamanı Səddam Nəsibovun da xəsarət aldığınısöyləyib.
Zərərçəkmiş şəxs Səddam Nəsibov ifadəsində K.Namazovundediklərini təsdiqləyib.
İlqar Həşimov ifadəsində 2020-ci il dekabrın 21-də Zəngilandahəqiqi hərbi xidmət zamanı “Ural” markalı avtomobillə hərəkətdəolarkən minaya düşərək xəsarət aldığını söyləyib. O, dövlətittihamçısı Fuad Musayevin sualına cavabında hadisə zamanı daha ikinəfərin xəsarət aldığını deyib.
Ramazan Sindiyev hərbi xidmət zamanı 2016-cı ilin avqustun 4-dən5-nə keçən gecə Lələtəpədə Ermənistan silahlı qüvvələrinin açdığıatəş nəticəsində yaralandığını bildirib.
Əfqan Ələkbərli ifadəsində 2023-cü il avqustun 24-də XocalınınSığnaq kəndində kənd təsərrüfatı işləri görərkən minaya düşərəkyaralandığını deyib.
Sevda Bəşirova ifadəsində Vətən müharibəsi zamanı 2020-ci iloktyabrın 3-də Ermənistan silahlı qüvvələrinin Beyləqan rayonunuartilleriya atəşinə tutması nəticəsində qəlpə yaraları aldığınıdeyib.
Fərid Əliyev ifadəsində 2021-ci ilin avqust ayında ANAMAəməkdaşı qismində minatəmizləmə işləri zamanı Ağdamda minapartlayışı nəticəsində xəsarətlər aldığını söyləyib.
İfadə verən Dəyanət Aslanov, Hacı Muradov, Toğrul Ağayev, Nahidİsfalyev, Müşfiq İbrahimli, Elnur Yusifov, Tərlan Quliyev, MənsurBabayev, Şirin Abbasov 2020-ci ildə Vətən müharibəsi zamanımüxtəlif tarixlərdə Ermənistan silahlı qüvvələrinin açdığı atəşlərnəticəsində yaralandıqlarını söyləyiblər.
İfadə verən Rafis Məmişov və Azad Muxtarov 2021-ci il fevralın2-də mülki şəxs qismində Füzuli rayonunun işğaldan azad edilmişhissəsində minaya düşərək xəsarət aldıqlarını bildiriblər.
Zərərçəkmiş İman Baxşəliyev 2021-ci il martın 13-də Ağdamdaqoyun otararkən minaya düşərək sağ ayağını itirdiyini söyləyib.
Zərərçəkmiş Nurəddin Əzizli ifadəsində 2021-ci il fevralın 26-daQubadlı rayonunda hərbçi kimi minatəmizləmə işləri apararkən minapartlaması nəticəsində xəsarətlər aldığını söyləyib. O, dövlətittihamçısı Təranə Məmmədovanın suallarına cavabında ərazidəntəxliyə zamanı da mina partlayışı baş verdiyini, nəticədə xəsarətalanların olduğunu bildirib.
İfadə verən Rahil Dövlətov, Anar Dadaşzadə, Zabil Allahverdiyev,Tural İşiyev, Nicat Alıyev, Səbuhi Həsənov, Elnur Abbaszadə, ElnurHəşimov, Nəsrəddin Vəlicanov, Dəmir Şirinov və Ceyhun ƏliyevErmənistan silahlı qüvvələrinin təxribatları nəticəsində müxtəliftarixlərdə zərər çəkdiklərini deyiblər.
Zərərçəkmiş Ələkbər Musayevin hüquqi varisi – atası ƏlövsətMusayev ifadəsində oğlunun Vətən müharibəsi zamanı düşməntərəfindən açılmış atəşlər nəticəsində şəhid olduğunu, nəşinin2021-ci il aprel ayında tapıldığını söyləyib.
Zərərçəkmiş Asəf Məhərrəmovun hüquqi varisi – atası BəxtiyarMəhərrəmov övladının Vətən müharibəsində düşmən tərəfindən açılmışatəşlər nəticəsində yaralandığını, səhhətində hələ də ciddi problemolduğunu deyib.
Siyasət Allahverdiyev 2022-ci il dekabrın 14-də Kəlbəcərin Çıraqkəndində ekskavatorla işləyərkən baş vermiş mina partlayışınəticəsində xəsarətlər aldığını söyləyib.
Elmxan Baxşalıyev 1992-ci il dekabrın 10-da Zəngilanın Qazançıkəndində əsir götürüldüyünü bildirib. O, Ermənistanda vəAzərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalıaltında olan ərazilərində saxlanılıb. 1996-cı il mayın 10-da azadolunaraq Azərbaycana qaytarılıb. Əsirlik müddətində döyülüb,dəhşətli işgəncələrə və qeyri-insani rəftara məruz qalıb.
Dəyanət Zahidov 2015-ci ildə Tərtər-Ağdərə istiqamətində, Elxasİsrafilov 2022-ci ildə Laçında hərbi xidmət zamanı Ermənistansilahlı qüvvələrinin təxribatı nəticəsində xəsarət aldıqlarınıbildiriblər.
Çingiz Hacıyev ifadəsində bildirib ki, 1991-ci ildə XocalınınQuşçular kəndində heyvan otaran zaman əlisilahlı ermənilərtərəfindən hücuma məruz qalıb və yaralanıb.
Xalid Dostalıyev ifadəsində 1995-ci il avqustun 17-də 6 nəfərhərbçi ilə birlikdə Murovdağda azaraq Azərbaycanın həmin vaxtErmənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərinəkeçdiyini, nəticədə əsir götürüldüklərini bildirib.
Vəlizadə Alışanov 1992-ci il oktyabrın 21-də Sərsəng suanbarının yaxınlığında düşmən tərəfindən pusquya salınmasınəticəsində yaralandığını deyib.
Onun qardaşı Dağıstan Alışanov da zərərçəkmişin ifadəsinitəsdiqləyək hadisə zamanı özünün də yaralandığını söyləyib.
Asif Əhmədov ifadəsində 2020-ci il noyabrın 15-də qardaşı YasinƏhmədovla birlikdə minaya düşdüyünü bildirib. Nəticədə qardaşışəhid olub, özü isə bir ayağını itirib. Onun digər qardaşı YusifƏhmədov isə 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusununkeçirdiyi antiterror tədbirləri zamanı şəhid olub.
Məhəbbət Quliyev ifadəsində 2020-ci il oktyabrın 7-də Cəbrayıldavə 2023-cü ildə antiterror əməliyyatı zamanı yaralandığınıbildirib.
Elməddin Abıyev ifadəsində bildirib ki, 2003-cü il yanvarın 8-dəAğdamda postda Ermənistan silahlı qüvvələrinin açdığı atəşnəticəsində yaralanıb. O, daha sonra əsir götürülərək Xankəndiyəaparılıb. Əsirlikdə bir ay saxlanılıb, fevralın 6-da buraxılıb.
Elnur Kərimov ifadəsində deyib ki, 1999-cu ildə Naxçıvanda hərbixidmətdə olarkən əsir götürülüb. Əsirlik müddətində işgəncələrəməruz qalıb.
Mülki şəxslər - Maarif Ələskərov, Samir Əsədov, Vüsal Quliyev,Füzuli Məmmədov, Sahib Ağayev, Duman Atayev, Samir Bayramov, Nizamiİbrahimov, Alman Abbasov 2020-ci ildə Vətən müharibəsi zamanımüxtəlif tarixlərdə Ermənistan silahlı qüvvələrinin təxribatlarınəticəsində yaralandıqlarını bildiriblər.
Ramil Kərəmov 2020-ci il noyabrın 22-də Laçın rayonunda təcilitibbi yardım avtomobili ilə gedərkən, Ələsgər Quliyev, FəridCəbrayıllı, Əli Şükürov, Mahir Mustafayev, Samir Gözəlov 2022-ci iliyunun 17-də Cəbrayıl rayonunun Xudafərin kəndində, Yadigar Şükürov2022-ci il avqustun 2-də Füzuli rayonunda, Nəcməddin Hüseynov2022-ci il avqustun 30-da Qubadlı rayonunda, Vüqar Zülfüqarlı2022-ci il martın 23-də Füzulidə, Namaz Bayramov 2023-cü iloktyabrın 13-də Xocavənddə, Şükür Tağıyev və Vasif NamazovKəlbəcərdə mina partlaması nəticəsində yaralandıqlarınısöyləyiblər.
Məhərrəm Quliyev ifadəsində 1992-ci il oktyabrın 2-də əsirgötürüldüyünü, 1 ay 10 gündən sonra buraxıldığını deyib. O, əsirlikmüddətində dəhşətli işgəncələrə məruz qaldığını bildirib.
Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, onlarınmüdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını dacavablandırıblar.
Məhkəmə prosesi avqustun 1-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarınınvəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlıbirləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılıqaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyiəsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisindədaxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycanahərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan RobertSedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, SarkisyanVazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan ArşavirSurenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədənsözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkarmüharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına daircinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, QukasyanArkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan LevonHenrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan LevonRomiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edənşəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.