AZ

Azərbaycanda oynayırdı, yolunu Afrikadan saldı

"Səbail"in sabiq legioneri Süleyman Alluş karyerasını Mərakeşdə davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi "MAS Fes"ə keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

S.Alluş 2024-2025 mövsümündə "Səbail"də çıxış edib və 47 oyuna 6 qol vurub.

Seçilən
70
11
sportinfo.az

10Mənbələr