Kəlbəcər rayonunda 3 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ ocağı Daşkəsən stansiyasından 31 km cənub-qərbdə, 10 km dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.
Tarix: 31 İyul 2025, 07:32