
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çəırçivəsində Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb.
Reyting.az xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xıdırlı kəndinə Bakı şəhərindən – 20 ailə (76 nəfər); Bərdə rayonundan – 17 ailə (68 nəfər); Ağdam rayonundan – 8 ailə (36 nəfər); Mingəçevir şəhərindən – 5 ailə (16 nəfər); Yevlax rayonundan – 3 ailə (10 nəfər); Qəbələ rayonundan – 1 ailə (5 nəfər), Oğuz rayonundan – 1 ailə (5 nəfər); Ağcabədi rayonundan – 1 ailə (4 nəfər); Abşeron rayonundan – 1 ailə (3 nəfər); Ağdaş rayonundan – 1 ailə (2 nəfər) olmaqla cəmi – 58 ailə (225 nəfər) köçürülür.
Beləliklə, 31.07.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Ağdam rayonunun Xıdırlı kəndinə cəmi 188 ailə (737 nəfər) köçürülmüş olacaqdır.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Azərbaycan prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.