"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya" (Makedoniya) ilə oyunlarının vaxtı bəlli olub.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin səfərdə olacaq ilk matçı avqustun 5-də keçiriləcək.
"Qarabağ" avqustun 4-də Makedoniyaya yollanacaq.Komandalar arasında cavab oyunu isə avqustun 12-də Bakıda olacaq.
Hələlik oyunların saatı UEFA tərəfindən təsdiqlənməyib.
"Qarabağ" 2-ci mərhələdə "Şelburn"u (İrlandiya), "Şkendiya" isə FCSB-ni (Rumıniya) mübarizədən kənarlaşdırıb.