Bakı, 30 iyul, AZƏRTAC
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Yeliz Acar Türkiyənin “Beşiktaş” komandasına keçib.
AZƏRTAC xəbər verir ki,bu barədə klubun rəsmi saytı məlumat yayıb.
27 yaşlı müdafiəçi son olaraq “Fatih Vatan”da çıxış edib.
Qeyd edək ki,Yeliz Acar 2014-2016-cı illərdə də İstanbul təmsilçisinin formasını geyinib.