AZ

Hesablama Palatası I yarımildə 65 mln. manatlıq maliyyə pozuntusu aşkarlayıb

Bu ilin I yarısında Hesablama Palatası həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə ümumilikdə 65 milyon manatlıq maliyyə pozuntusu aşkarlayıb.

Bu məbləğin 17,8 milyon manatı birbaşa büdcəyə hesablanmış zərər kimi qiymətləndirilib. Qalan hissə digər növ pozuntularla əlaqəlidir.

Aşkarlanan pozuntular əsasən büdcə vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması, dövlət satınalmaları ilə bağlı qanunvericiliyin pozulması, artıq xərclərə yol verilməsi və maliyyə hesabatlarında təhriflərlə bağlı olub.

Hesablama Palatası audit nəticələrinə uyğun olaraq aidiyyəti qurumlara tövsiyələr və təkliflər göndərib. Bununla yanaşı, bəzi hallarda pozuntuların aradan qaldırılması və vəsaitlərin bərpası istiqamətində tədbirlər görülüb.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
61
13
banco.az

10Mənbələr