AZ

Temperatur 41 dərəcəyə çatacaq

İyulun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Mill Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-27° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, gecə və səhər isə duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-40° isti, bəzi yerlərdə 41°-dək isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33 isti olacaq.
Seçilən
3
49
heftelik.az

10Mənbələr