Bakı. Trend:
İyulun 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ)tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimvakansiyası üzrə növbəti qeydiyyat başlanır.
BŞTİ-dən Trend-ə bildirilib ki, qeydiyyat linki avqustun 7-sisaat 12:00-a qədər aktiv olacaq.
Qeydiyyatda 2022-ci və 2023-cü illərdə keçiriləntərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı vəmüsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına vəseçiminə uyğun olaraq yerləşdirilməsi mümkün olmayan namizədlər,eyni zamanda, 2023-cü ildə test imtahanında keçid balını toplayan(29 və daha çox) və müsahibəyə qatılmayan namizədlər o şərtlə ki,yeni müsahibəni uğurla keçəcəyi halda iştirak edə bilərlər.
Qeyd edək ki, hər bir namizədin bir məktəbəqədər təhsilmüəssisəsi seçmək imkanı var. Əgər bir namizəd iki və daha artıqsayda qeydiyyatdan keçərsə, keçdiyi son qeydiyyat etibarlı qəbulediləcək.