AZ

Son iki gündə aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

İyulun 26-da və 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara, 8 alışdırıcı, 7 tüfəng, 8 patron darağı və müxtəlif çaplı 915 ədəd patron aşkar edərək götürüblər.

Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat daxil olub.

Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Seçilən
122
6
ekologiya.az

10Mənbələr