“Neftçi” sabah Polşadakı təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, “ağ-qaralar” Yunanıstanın “Asteras Tripolis” klubu ilə qarşılaşacaq. Artıq görüşün başlama saatı da müəyyənləşib.
Matç Bakı vaxtı ilə saat 19.00-da (yerli vaxtla 17:00) start götürəcək. Oyun Keltse şəhərindəki Pilkarski stadionunda təşkil olunacaq. Tərəflərin istəyinə əsasən, oyun canlı yayınlanmayacaq.
Xatırladaq ki, “Hapoel" (Təl-Əviv, İsrail) (1:1) və “Termalika” (Polşa) (2:2) ilə heç-heçə edən “Neftçi” sonuncu sınaq matçını avqustun 1-də AEL-ə (Cənubi Kipr) qarşı keçirəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta