AZ

Misirdən Qəzzaya 100-dən çox humanitar yardım maşını daxil olub

Cümə günü Misirdən Qəzza zolağına daha 117 humanitar yardım maşını daxil olub. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Misirin "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb.

Yük maşınları ilə hansı növ humanitar yardımın çatdırıldığı barədə məlumat verilməyib.

Daha əvvəl telekanal bu müddət ərzində anklava un, uşaq qidası və digər ərzaq məhsulları daşıyan 161 yük maşınının daxil olduğunu bildirmişdi.

Seçilən
49
12
sia.az

10Mənbələr