Aktual.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,22 ABŞ dolları və ya 1,76% artaraq 70,41 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,19 ABŞ dolları idi.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində "Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.