AZ

“Qarabağ” və “Zirə” Azərbaycana nə qədər xal qazandırdı?

“Qarabağ” və “Zirə” yeni Avropa mövsümündə Azərbaycana növbəti xalları qazandırıb.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda İrlandiyada “Şelburn”a (3:0) səfərdə qalib gələn Ağdam təmsilçisi 0,250 xal qazanıb.

“Qartallar” isə öz növbəsində Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Xorvatiyadan “Hayduk” ilə (1:1) heç-heçəyə görə ölkə aktivinə 0,125 xal yazdırıb.

Azərbaycan hazırda 17,625 xalla UEFA reytinq siyahısında 29-cu yerdədir. Bolqarıstan bir pillə aşağıda (16,625), Ukrayna isə (18,225) öndə qərarlaşıb.

Azərbaycan Avropa mövsümünə 17,125 xalla başlayıb.

Seçilən
78
49
sportinfo.az

10Mənbələr