AZ

"Qalatasaray"ın ulduzuna 3 klubdan təklif

İtaliyalı yarımmüdafiəçi Nikolo Zaniolo yay transfer pəncərəsinin ən çox diqqət çəkən adlarından biri olaraq gündəmdə qalır.

Fanat.Az xəbər verir ki, jazırda “Qalatasaray” ilə mövsümə hazırlıqlarını davam etdirən futbolçuya Avropanın bir neçə klubundan ciddi maraq olduğu bildirilir.

Bu barədə məlumatı "Tuttomercato" yayıb.

Xəbərə görə, PSV, "Vilyareal" və "Real Oviedo" Zaniolonu heyətinə qatmaq istəyir.

"Qalatasaray" rəhbərliyi isə futbolçunun satışına açıqdır, lakin yalnız sərfəli təklif daxil olduğu təqdirdə ayrılığa yaşıl işıq yandırılacaq. Klubun Zaniolo üçün təxminən 20 milyon avro dəyərində qiymət müəyyənləşdirdiyi qeyd olunur.

Qeyd edək ki, Zaniolo 2023-cü ildə “Roma”dan "Qalatasaray"a transfer olunub.

Kamil Xudiyev

 

Seçilən
58
27
fanat.az

10Mənbələr